"Sabah"ın yarımmüdafiəçisi Aleksey İsayev Azərbaycan çempionatının yüksək dəstəsində 200-cü oyununu keçirib.

Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, təcrübəli futbolçunun yubileyi Misli Premyer Liqasının XXXII turuna təsadüf edib. "Neftçi" ilə keçirilən ev matçına (1:2) start heyətində meydana çıxan İsayev, komandasının yeganə qoluna imza ataraq yubileyini qol sevinci ilə qeyd edib.

Bu, onun daxili çempionatda vurduğu 15-ci qol olub.

Azərbaycan Premyer Liqasında debütünü 2018/2019 mövsümündə "Sumqayıt" forması ilə edən İsayev, karyerası ərzində 3 fərqli klubun uğurları üçün çalışıb:

"Sabah": 118 oyun (14 qol)

"Qarabağ": 44 oyun (1 qol)

"Sumqayıt": 38 oyun