"Ayntraxt" (Frankfurt) baş məşqçisi Albert Riera ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, klubun rəsmi açıqlamasına görə, ispaniyalı mütəxəssislə müqaviləyə dərhal xitam verilib.

Frankfurt təmsilçisi cəmi 3 ay yarım əvvəl – fevralın 1-də Dino Topmüllerin yerinə gətirdiyi Rieranı çempionatın son turunda "Ştutqart"la heç-heçədən (2:2) bir gün sonra istefaya göndərib.

Bu ayrılıq gözlənilən idi. Belə ki, rəhbərliyin dəstəyini itirən Rieranın rəhbərliyi altında "Ayntraxt" son 6 ildə ilk dəfə avrokuboklara vəsiqə qazana bilməyib. Klubun idman direktoru Markus Kröşe də son həftələrdə ispaniyalı məşqçinin gələcəyi ilə bağlı qəti danışmaqdan yayınırdı.

Bundesliqa klubunu növbəti mövsümə kimin hazırlayacağı hələlik məlum deyil.