UFC 329 turnirinin döyüş kartı bəlli olub.

Offsideplus.az xəbər verir ki, gecənin mərkəzi qarşılaşmasında yarımorta çəki dərəcəsində Konor Makqreqor və Maks Hollouey üz-üzə gələcək.

Tədbirin əsas kartında növbəti döyüşlər də rəsmiləşib: yüngül çəkidə Benua Sen-Deni Paddi Pimblettlə qarşılaşacaq, yüngül çəki dərəcəsində (bantamweight) isə Kori Sendhagen və Mario Bautista arasında revanş döyüşü baş tutacaq.

Robert Uittaker Nikita Krılovla qarşılaşaraq yarımağır çəki dərəcəsində debüt edəcək.

Gecənin digər döyüşlərində Brendon Royval Lone Kavana ilə üz-üzə gələcək, Geybl Stivson isə Elişa Ellisonla döyüşdə debüt edəcək.

Qeyd edək ki, K. Makqreqor son olaraq 2021-ci ildə oktaqona çıxmışdı. O, Dastin Puaryeyə məğlub olmuşdu.