"Kəpəz"in təcrübəli futbolçusu Ehtiram Şahverdiyev Azərbaycan çempionatının yüksək dəstəsində 200-cü matçını keçirib.

Offsideplus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXII turunda "Araz-Naxçıvan"la baş tutan səfər qarşılaşmasına (0:2) təsadüf edib.

Karyerası ərzində keçirdiyi bu oyunlarda ümumilikdə 6 qola imza atan Ehtiram, elitada debütünü 2015/2016 mövsümündə "Qəbələ"nin heyətində gerçəkləşdirib. O, Premyer Liqa karyerası ərzində 4 fərqli klubun uğurları üçün tər töküb:

"Kəpəz": 96 oyun (3 qol)

"Sumqayıt": 43 oyun (1 qol)

"Qəbələ": 35 oyun (1 qol)

"Turan Tovuz": 26 oyun (1 qol)