Fransa Liqa 1-in son turunda məğlub olan PSJ-nin baş məşqçisi Luis Enrike komandasının oyunundakı istəksizliyindən narazı qalıb və futbolçularını Çempionlar Liqasının finalı öncəsi özlərinə gəlməyə çağırıb.
Offsideplus.az xəbər verir ki, ardıcıl 5-ci çempionluğunu rəsmiləşdirən PSJ derbidə "Paris"ə 1:2 hesabı ilə uduzub. İspaniyalı mütəxəssis motivasiya probleminin aşkar göründüyünü gizlətməyib:
"Bu oyun barədə deyiləsi müsbət heç nə yoxdur. Futbolu ambisiyasız və istəksiz oynayanda belə nəticə qaçılmazdır. Heç bir hədəf olmayanda oynamağın çətinliyini bilirdim, amma yenə də məyusam".
Mayın 30-da Çempionlar Liqasının finalında "Arsenal"a qarşı titulunu qorumağa çalışacaq Paris klubunun çalışdırıcısı komandaya güvəndiyini də əlavə edib:
"Tariximizin ən vacib oyununa hələ iki həftə var. İnanıram ki, həmin gün gələndə futbolçuları əlavə motivasiya etməyə ehtiyac qalmayacaq".


