İngiltərə futbolunda yay transfer pəncərəsinə damğa vuracaq tarixi bir yenilik yaşanır.
Offsideplus.az xəbər verir ki, "Liverpul" klubu hücum xəttini dünyanın ən yaxşı vingerlərindən biri ilə gücləndirmək üçün hər kəsi şoka salacaq bir büdcə ayırıb.
Mersisayd təmsilçisi ulduz futbolçu Maykl Olise üçün rekord məbləğdə təklif hazırlayıb.
Klub rəhbərliyi gələn mövsüm çempionluq yarışında əsas söz sahibi olmaq üçün bu transferi mütləq şəkildə bitirmək niyyətindədir.
Müasir futbolun ən yaradıcı və təhlükəli hücumçularından biri hesab olunan fransalı ulduz üçün hazırlanan təklifin detalları bəllidir.
"Liverpul" rəhbərliyi Olisenin klubu üçün təxminən 140 milyon funt-sterlinq (təxminən 165 milyon avro) dəyərində rəsmi təklif təqdim etməyə tamamilə hazırdır.
Əgər bu keçid sözügedən məbləğə baş tutarsa, Maykl Olise "Liverpul" tarixinin ən baha transferi olaraq klub salnaməsinə düşəcək.
Hücum xəttində böyük bir yenilənməyə gedən "Liverpul" Oliseni uzunmüddətli layihəsinin əsas siması və aparıcı qüvvəsi olaraq görür.



