"Futbolçularımız təbrik edirəm. Yaxşı oynadığımızı düşünürəm. İlk hissədə şanslarımız oldu, qol vura bilmədik. Rəqibin də epizodları oldu. Məncə, oyuna nəzarət bizdə idi. Nəticədən razıyam".

Offsideplus.az xəbər verir ki, bu sözləri Belarus yığmasının baş məşqçisi Karlos Alos Ferrer bu gün deyib.

Beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Azərbaycan komandası üzərində 2:0 hesablı qələbədən sonra mətbuat konfransına qatılan ispaniyalı çalışdırıcı jurnalistlərin suallarını cavablayıb. O,yığmamızla görüşü martın 20-də Tacikistana qarşı oyunla (5:0) müqayisə edib: "Azərbaycanla matç Tacikistana qarşı oyundan fərqli alındı. Burada bizə çətin oldu. Çünki Azərbaycan yaxşı komandadır. Heyətində yaxşı futbolçular var. İki il əvvəl Belarus Azərbaycana uduzub. Düzdür, Tacikistana da hörmətlə yanaşırıq. Orada süni örtüklü meydançada oynamışdıq, burada isə təbii ot örtüklü meydançaya çıxmışdıq".

Karlos Alos Ferrer "Neftçi"nin hücumçusu Yeqor Boqomolskinin oynunu izlədiiyini də bildirib: "Yeqor Boqomolskinin hazırda oyun təcrübəsi yoxdur. Ancaq yığmanın qapıları onun üzünə bağlı deyil. Sadəcə, daima oynamaq lazımdır".