UFC-nin yüngül çəkidə (70 kq-a qədər) reytinqli döyüşçülərdən sayılan Arman Tsarukyanın vergiləri ödəmədiyi üçün borcu var.
Offsideplus.az xəbər verir ki, o, Rusiya Federal Vergi Xidmətinə (FNS) təxminən 100 min rubl borcludur. Borcun yaranma səbəbi və ya onun ödənilməsi ilə bağlı rəsmi açıqlama verilməyib. Hazırda bu vəziyyətin Tsarukyanın döyüş karyerasına təsir edib-etməyəcəyi məlum deyil.
Qeyd edək ki, 28 yaşlı Arman Tsarukyan 2019-cu ildə UFC-də debüt edib. Fevral ayında UFC 312 turnirində hazırkı çempion İslam Makhachevlə qarşılaşmalı idi, lakin belindəki zədə səbəbindən döyüşdən imtina etmişdi. Tsarukyanın UFC-də ümumilikdə 9 qələbəsi və 2 məğlubiyyəti var.