İstanbulun "Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo milli komandaların oyunları ilə əlaqədar yaranan fasiləni səmərəli keçirmək qərarına gəlib.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı İngiltərənin paytaxt Londona yollanıb.
O, səfər zamanı UFC-yə (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) baş çəkib. Mourinyo bu gecə keçirilən UFC Fight Night yarışında izləyicilər arasında olub.
Məşqçinin bu turnirdən olan görüntülərini təqdim edirik: