"Arsenal" klubu icarə əsasında heyətində olan Rahim Sterlinq barədə qərar verib.
Offsideplus.az xəbər verir ki, "topçular" onu transfer etməyi düşünmür. 30 yaşlı futbolçu mövsümün sonunda müqavilə ilə məxsus olduğu "Çelsi"yə qayıdacaq.
Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Sterlinq cari sezonda bütün turnirlərdə 23 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.