Braziliya milli komandasında baş məşqçi dəyişikliyi baş verə bilər.
Offsideplus.az xəbər verir ki, "pentakampeonlar" Argentinaya 1:4 hesablı məğlubiyyətdən sonra Dorivalın işinə son verməyi düşünür. Onun yerinə əsas namizəd Filipe Luisdur.
Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Luisdən başqa digər namizədlər isə Karlo Ançelotti və Jorje Jesusdur.
Əlavə edək ki, 39 yaşlı gənc mütəxəssis hazırda Juninyo Olavionun da çıxış etdiyi "Flamenqo"nun baş məşqçisidir. O, cəmi 6 aydır bu klubda çıxış etməyinə baxmayaraq artıq komandasıyla 3 kubok qazanmağı bacarıb.