19 yaşlı tennisçi Aleksandra Eala "Mayami Masters"də yarımfinala yüksəlib.

Offsideplus.az xəbər verir ki, filippinli raketka ustası 1/4 finalda dünya 2 nömrəsi İqa Şvyonteki məğlubiyyətə uğradıb. O, güclü rəqibinə bir set belə verməyib.

Eala öncəki turlarda Medison Kiz və Yelena Ostapenko kimi rəqibləri də məğlub etməyi bacarıb.

Gənc tennisçi yarımfinalda Cessika Pequla ilə qarşılaşacaq.