Argentina millisinin futbolçusu Xulen Alvarez Braziliyanı 4:1 hesabı ilə məğlub etdikləri oyunla bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, gənc hücumçu matçdan sonra Leo Messinin yoxluğunu vurğulayıb:

“Bəlkə də Leo Messi meydanda olsaydı, daha 2-3 qol vura bilərdik".

Qeyd edək ki, Argentina ilə Braziliya yığmaları arasındakı qarşılaşma böyük maraqla gözlənilirdi.