PSJ-nin də sahibi olan "Qatar Sports İnvestment" indi isə İspaniyanın "Malaqa" klubunu almaq istəyir.

Offsideplus.az xəbər verir ki, şirkət klubun tarixini, şəhərin 2030-cu ildə dünya çempionatına ev sahibliyi edəcəyini, 2 il öncə istifadəyə verilmiş yeni təlim mərkəzini və İspaniyanın altıncı ən əhəmiyyətli şəhəri olmağını yüksək qiymətləndirir.

"Malaqa" hazırda BlueBay (49%) və qətərli iş adamı Abdullah Al Taniyə məxsusdur.

QSI həmçinin "Braqa"nın da 21.7 faizinin sahibidir.

Klubun alınması üçün danışıqlar aparılır.