“Qəbələ”nin futbolçusu Şahin Şahniyarov Azərbaycan yığmasında debüt edib.

Offsideplus.az xəbər verir ki, gənc oyunçu milli komandadakı ilk matçı barədə təəssüratlarını bölgə klubunun mətbuat xidmətinə açıqlamasında deyib:

“Komanda yoldaşlarıma və məşqçilərimizə təşəkkürümü bildirirəm. Yığmaya dəvət alanda özümü çox xoşbəxt hiss edirdim. Debüt matçı isə daha maraqlı oldu. Milli forması ilə ilk oyunuma çıxdığım üçün çox sevincliyəm. Necə çıxış etdiyimi deyə bilmərəm, buna məşqçilərim qərar verəcək. Lakin istənilən halda öz üzərimdə daha çox işləməli olduğumu bilirəm. Ümid edirəm ki, millinin heyətində və oyunlarda mütəmadi şəkildə yer alacam”.

Görüşə start heyətində başlayan Şahin 62-ci dəqiqədə əvəzlənib.

Əlavə edək ki, Azərbaycan - Belarus qarşılaşması qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb.