Azərbaycan milli komandasının və “Sabah” klubunun futbolçusu Amin Seydiyev əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı müdafiəçiyə Türkiyənin İstanbul şəhərində tibbi müdaxilə edilib.

"Sabah"ın mətbuat xidmətinin yaydığı məlumata görə, A.Seydiyev sağ adduktor əzələsinin qopması ilə əlaqədar cərrah stoluna uzanıb. Əməliyyat uğurla başa çatıb.

Futbolçunun bərpa prosesinə ən azı 2 ay lazım gələcəyi bildirilir. Başqa sözlə, onun cari mövsümün qalan hissəsində "Sabah"a kömək edəcəyi inandırıcı görünmür.

Qeyd edək ki, Seydiyev yığmamızın heyətində martın 25-də Belarusa qarşı keçirilən oyunda (0:2) zədələnib. 67-ci dəqiqədə mübarizəyə qoşulan müdafiəçi 85-ci dəqiqədə adi epizodların birində zədələnərək, meydançanı tərk edib.

amin_seydiyev