Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası (U-17) Belarusun paytaxtı Minskdə keçirilən təlim-məşq toplanışında növbəti dəfə uduzub.

Offsideplus.az xəbər verir ki, İlham Yədullayevin yetirmələri yoxlama matçında belaruslu həmyaşıdlarına təslim olublar - 0:3.

Martın 23-də baş tutan birinci yoldaşlıq oyununda da Belarus yığması qapımızdan 3 cavabsız top keçirmişdi.

Qeyd edək ki, bu, son 3 gündə Belarusun iki müxtəlif kollektivindən aldığımız 3-cü məğlubiyyət olub. U-17-dən savayı (0:3;0:3), əsas milli komandamız da dünən gerçəkləşən beynəlxalq yoldaşlıq görüşündə Belarusla bacamayıb - 0:2.

BU DA MARAQLIDIR: 

Fernandu Santuş: "Karyeram ərzində bu qədər uduzmamışam"