"Kökçü qardaşlarının yaxşısı Türkiyədədir, lazım olmayanı bizdə".

Bu sözləri Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişində Ceyhun Rzayev söyləyib. "Azərbaycan milli komandasında hansı futbolçular artıqdır?" sualına məşhur aparıcı belə cavab verib:

"Ozan Can harda oynayır? Finlandiya çempionatında. Finlandiya çempionatı Misli Premyer Liqasından üstün deyil, bizim çempionatımız bir mənalı şəkildə daha üstündür. Finlandiyada klub futbolu çox aşağıdır. Neçənci oyundur ki, israrla oynadılır. Onun bizim futbolçulardan - Rüfət Abdullazadədən hansı üstünlüyü var?"