“Fənərbağça" Cenk Tosunun icarəyə verilməsi ilə bağlı Yaponiyanın "Urava Red Daymonds" komandası ilə razılığa gəlmişdi.
Offsideplus.az xəbər verir ki, lakin son anda bu transfer baş tutmayıb. Keçidin gerçəkləşməmək səbəbi bəlli olub.
"Fənərbağça" artıq 6 oyunçusunu xaricə icarə verdiyi üçün qaydalara görə başqa futbolçusunu icarəyə verə bilməz.
"Sarı-lacıvərdlilər" daha sonra Cenki Yaponiya klubuna birdəfəlik satmağı təklif etsə də, qarşı tərəf buna müsbət cavab verməyib. Onlar 33 yaşlı futbolçuya görə heç bir məbləğ ödəmək istəmədiklərini bildiriblər.
Bundan sonra təcrübəli hücumçu klubunda qalmalı olub.