Braziliya futbolunun əfsanəsi Rivaldo yığmanın hücumçusu Rafinyanı tənqid edib.

Offsideplus.az xəbər verir ki, dünya çempionu Argentina milli komandasına qarşı oyundan öncə Rafinyanın istifadə etdiyi sözlərdən narazı qalıb.

"Rafinya əla mövsüm keçirir, onu dünyanın ən yaxşılarından biri adlandırmaq olar. Ancaq o, rəqib barədə belə açıqlama verə bilməz. Rafinya deyə bilər ki, ağır oyun olacaq, bizi çətin mübarizə gözləyir. Ancaq onun söylədikləri xoşagəlməzdir. O, səs-küylü açıqlama verdi, ancaq meydançada heç nə edə bilmədi", - deyə Rivaldo bildirib.

Qeyd edək ki, Argentina - Braziliya görüşündən öncə Rafinya veteran futbolçu, dünya çempionu Romario ilə yayılan videosunda rəqibin ünvanına təhqiramiz ifadələr işlədib.

Bundan az sonra Rafinyanın da iştirak etdiyi matçda braziliyalılar səfərdən 1:4 hesablı məğlubiyyətlə dönüblər.