Formula 1 komandası "Red Bull" pilot dəyişikliyinə gedib.
Offsideplus.az xəbər verir ki, Avstriya təmsilçisi Liam Lousonu göndərib, onun əvəzinə Yuki Tsunodanı gətirib.
Lousonun "Red Bull" karyerası cəmi 2 yarış çəkib. O, hər iki yarışda ümidləri doğrultmayıb.
Tsunoda 2021-ci ildən RB Visa-da çıxış edirdi. O, 4 qat dünya çempionu Maks Ferstappenin komanda yoldaşı olacaq.