“Atalanta” ulduz futbolçusu Ademola Lukman üçün yüksək məbləğ müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, İngiltərənin “Mançester Yunayted” və “Nyukasl Yunayted” klubları 26 yaşlı nigeriyalı vingeri heyətinə qatmaq istəyir. Lakin Bergamo təmsilçisi futbolçusunu 50 milyon funt-sterlinqdən aşağı qiymətə satmaq niyyətində deyil.

Premyer Liqa təmsilçilərinin Lukman üçün rəsmi təklif göndərib-göndərməyəcəyi hələ dəqiqləşməyib. Lakin “Atalanta”nın tələbinin yüksək olması transferin reallaşmasını çətinləşdirə bilər.

Qeyd edək ki, Lukman bu mövsüm İtaliya təmsilçisinin heyətində 32 oyuna 18 qol vurub.