Bu gün futbol üzrə I Liqada XIX turun oyunları başlanıb. 

Offsideplus.az xəbər verir ki, bütün qarşılaşmalarda gözlənilməz nəticələr qeydə alınıb.

"Zaqatala" öz meydançasında autsayder "Qaradağ-Lökbatan"la qarşılaşmada vacib 2 xal itirib.

Premyer Liqaya çıxmağa iddialı "Karvan" "Baku Sporting"lə matçda məğlubiyyətdən güclə qurtulub. Maraqlıdır ki, qonaqların yeganə qolunu vuran serb Luka Stevanoviç ardıcıl 4-cü oyunda fərqlənməyi bacarıb.

MOİK-də yeni baş məşqçi Orxan Səfiyaroğlunun debütü isə uğursuz alınıb. "Hərbçilər" onun rəhbərliyi altında ilk görüşdə I Liqada qalmaq uğrunda mübarizə aparan ""Difai"yə uduzublar.

I Liqa, XIX tur

"Zaqatala" - "Qaradağ-Lökbatan" 0:0

"Karvan" - "Baku Sporting" 1:1

Ezekiel Morqan, 76 (pen.) - Luka Stevanoviç, 57

MOİK - "Difai" 1:3

Cavid Tağıyev, 901 - Kristian Kamta, 3; Muhammed Alfa 38; Fərid Kərimzadə, 90+3