AFFA Region Liqasının paytaxt zonasının C qrupunda mübarzə aparan İCBFA və "Xudat City" FA arasndakı oyunda kütləvi dava düşüb.
Offsideplus.az xəbər verir ki, matçın 80-cı dəqiqəsində hər iki komandanın futbolçuları bir-biri ilə əlbəyaxa olublar.
Nəticədə 5 oyunçu təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydançadan qovulub.
AFFA İntizam Komitəsi bu gün həmin futbolçuları sərt cəzalandırıb.
İCBFA komandasındn Rüfət Cəbrayıllı, Fərhad Eyvazlı, Tural Səfərli, "Xudat City"dən isə Ranar Aşurbəyov və Telman Ağabalayev 4 oyunluq diskvalifikasiyaya məruz qalıblar.
Qarşılaşma "Xudat City"nin 5:1 hesablı qələbəsi ilə başa çatıb.