AFFA 13 yaşlı qızlardan ibarət "Xan Lənkəran" komandasını çempionatdan kənarlaşdırılıb. 

Offsideplus.az xəbər verir ki, buna səbəb adıçəkilən kollektivin U-13 Qızlar Liqasının oyunlarına tam heyətlə gələ bilməməsi olub.

"Xan Lənkəran" yarışın VI turunda "Şəfa" ilə görüşdə də yetərsayı təmin edə bilməyib. Bu halın 3-cü dəfə yaşandığını nəzərə alan AFFA İntizam Komitəsi komandaya 0:3 hesablı texniki məğlubiyyət verib və onu çempionatdan uzaqlaşdırıb.

Heyətlə bağlı problemlər yaşayan "Xan Lənkəran"ın ilk 5 turda göstərdiyi nəticələrin isə futbolda analoqu yoxdur. Komanda "Sumqayıt"a 0:25, "Səbail"ə 0:19, "Sabah"a 0:12 hesabları ilə uduzub. "Xan Lənkəran"ın qızları 5 qarşılaşmada rəqib qapılarına bircə dəfə də yol tapa bilməyiblər.