"Barselona"nın qadın futbolçulardan ibarət komandası UEFA Çempionlar Liqasının yarımfinalına yüksəlib.

Offsideplus.az xəbər verir ki, kataloniyalılar 1/4 final mərhələsində Almaniya təmsilçisi "Volfsburq"u çətinlik çəkmədən mübarizədən kənarlaşdırıblar.

İlk oyunda səfərdən 4:1 hesablı qələbə ilə dönən "Barselona" cavab görüşündə də almanlara dərs keçib - 6:1.

İspaniya çempionu yarımfinalda "Çelsi" - "Mançester Siti" cütünün qalibi ilə üz-üzə gələcək.

Digər yarımfinal cütündə isə "Arsenal" "Olimpik Lion"la qüvvəsini sınayacaq.