Madrid "Real"ının hücumçusu Kilian Mbappe İspaniyanın LaSexta televiziya kanalına müsahibə verib.
Offsideplus.az xəbər verir ki, fransız futbolçu səmimi müsahibə zamanı adi insan olduğunu dilə gətirib.
"Futbolçu olmaqla yanaşı, mən adi insanam. Öz həyatını yaşayan, nə baş verdiyini görən, nədənsə xoşlanan və ya təəssüflənən, nəyəsə acıqlanan insan. Hər bir halda, mən də öz fikirlərimi, düşüncələrimi bildirirəm. Öz dəyərlərimə önəm verirəm, onları özüm və mənim dünyam üçün faydalı sayıram", - deyə Mbappe söyləyib.
Qeyd edək ki, Kilian ötən ilin yayından bəri "Real"ın şərəfini qoruyur. O, "kral klubu"nun heyətində bütün turnirlərdə 45 oyuna 33 qol vurmaqla, Kriştiano Ronaldu və Ruud van Nistelroyun debüt mövsümündəki göstəricilərini təkrarlayıb.