"Real Madrid" qadın futbol komandası tarixində ilk dəfə Çempionlar Liqasının yarımfinalına çıxmaq şansı qaçırıb.
Offsideplus.az xəbər verir ki, "kral klubu" bir həftə öncə1/4 final mərhələsinin ilk görüşündə doğma azarkeşlər önündə "Arsenal"a 2:0 hesabı ilə qalib gəlib.
Səfərə ümidlə yollanan ispanlar Londonda qapılarından 3 cavabsız top buraxıblar.
"Arsenal"ın yarımfinalda rəqibi Fransanın "Olimpik Lion" klubu olacaq.