Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Offsideplus.az xəbər verir ki, UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Litva və Monteneqro yığmalarına qarşı mübarizə aparacaq yığmamıza 23 oyunçu çağırılıb.

Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv martın 31-də Litvanın paytaxtı Vilnüsə yollanacaq. Komandamız bu şəhərdə C Liqasının IV qrupu çərçivəsində aprelin 4-də, Bakı vaxtı ilə saat 19:30-da “Jalgiris” stadionunda Litva ilə qüvvəsini sınayacaq.

Litvadakı qarşılaşmadan dərhal sonra yığmamız Monteneqroya yola düşəcək. Futbolçularımız aprelin 8-də Nikşiç şəhər stadionunda Monteneqro seçməsi ilə qarşılaşacaqlar.  Oyunun start fiti Bakı vaxtı ilə saat 20:00-da çalınacaq. 

S.
AD/SOYAD
KLUB
1
Aytac Şərifova
Hakkarigücü (Türkiyə)
2
Nərgiz Əliyeva
Fatih Vətən (Türkiyə)
3
Günay İsmayılova
Neftçi
4
Nigar Mirzəliyeva
Zenit (Rusiya)
5
Manə Mollayeva
Neftçi
6
Fidan Cəfərova
Neftçi
7
Yeliz Acar
Fatih Vətən (Türkiyə)
8
Kamilla Məmmədova
Dirçəliş
9
Firəngiz Teymurova
Neftçi
10
Jalə Məhsimova
Amed Spor (Türkiyə)
11
Peritan Bozdağ
Fatih Vətən (Türkiyə)
12
Nazlıcan Parlak
Qalatasaray (Türkiyə)
13
Coşqunə Əliyeva
Neftçi
14
Sevinc Cəfərzadə
Krasnodar (Rusiya)
15
Ayşən Əhmədova
Ünyespor (Türkiyə)
16
Alina Dorofeyeva
Rubin (Rusiya)
17
Diana Məmmədova
Rubin (Rusiya)
18
Ayşən Salamzadə
Neftçi
19
Xanım Əsədova
Neftçi
20
Sona Rəhimova
Neftçi
21
Aysun Muradova
Gölbaşı Belediye Spor Türkiyə)
22
Esra Manya
Fatih Vətən (Türkiyə)
23
Alina Nəhmədova
Neftçi