"Arsenal" klubu Bukayo Saka ilə müqavilə uzatmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, "topçular"ın yeni idman direktoru Andrea Berta bu işlə birbaşa məşğul olur. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Sakanın hazırki sözləşməsi 2027-cı ilin yayında bitir.
O, klubun akademiyasından yetişib və artıq 6 mövsümdür əsas komandada çıxış edir.