17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı davam edir. 

Offsideplus.az xəbər verir ki, yığmamız yoxlama oyunu çərçivəsində belaruslu həmyaşıdları ilə qarşılaşıblar. Aqil Nəbiyevin yetirmələri 3 cavabsız topla məğlub olub: 0:3. 

Xatırladaq ki, komandalar martın 26-da ikinci yoxlama matçında üz-üzə gələcəklər.