“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo İngiltərənin “Mançester Siti” klubunun qapıçısı Edersonu transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu mövsümdəki uğursuzluqlardan sonra komandasını gücləndirmək niyyətindədir.
Hazırda “Fənərbağça” Türkiyə çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Komanda, ehtiyatda bir oyunu olmaqla, lider “Qalatasaray”dan doqquz xal geri qalır. Bu mövsüm Mourinyo üçün “Fənərbağça”nın baş məşqçisi kimi debüt mövsümüdür.
Qeyd edək ki, Ederson 2017-ci ildən “Mançester Siti”də çıxış edir. Daha əvvəl “şəhərlilər”in 31 yaşlı braziliyalı qapıçı ilə bu yay yollarını ayıra biləcəyi bildirmişdi.