İtaliyanın "Roma" klubu gələn mövsüm üçün baş məşqçi arayışlarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, "canavarlar" komandanı Can Pyero Qasperiniyə etibar etmək istəyir. 67 yaşlı mütəxəssislə razılıq əldə edilməsə, B planı Vinçentso Montelladır.
Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Montella 2023-cü ildən Türkiyə milli komandasını çalışdırır. "Ay-ulduzlular" onun rəhbərliyi altında 21 oyunda 11 qələbə qazanıb və Avropa çempionatında 1/4 finala yüksəlib.
Onun Türkiyə Futbol Federasiyası ilə 2026-cı ildə keçiriləcək Dünya çempionatının sonuna qədər müqaviləsi var.