İngiltərə millisinin üzvü Trent Aleksandr-Arnoldun yayda "Real"a transfer olacağı gözlənilir.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçunun "Liverpul"la müqaviləsi cari mövsümün sonunda başa çatır. O, azad agent kimi "kral klubu"na qoşulacaq.

O, "Real"a keçərsə, forma nömrəsini dəyişməli olacaq. Aleksandr-Arnold Mersisayd klubunda 66 nömrəli formanı geyinir.

Lakin La Liqadakı qaydalara görə futbolçular 1-dən 25-ə qədər bir rəqəm seçə bilərlər.