"Milan" gələn mövsüm komandanı Sesk Fabreqasa əmanət etmək istəyir.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssisin isə bu barədə şübhələri var. O, hazırki heyətin iki baş məşqçini xərclədiyini düşünür.

Xatırladaq ki, mövsümə Paulo Fonseka ilə başlayan "Milan" daha sonra onun yerinə Serjiu Konseysaunu gətirib.

Hazırda "Komo"nu çalışdıran Fabreqasın klubla 2028-ci ilin yayına qədər müqaviləsi var.