"Çelsi"yə hücumçusu Nikolas Ceksondan sevindirici xəbər gəlib.
Offsideplus.az xəbər verir ki, bir müddətdir meydanlardan uzaq qalan seneqallı hücumçu zədəsini sağaldıb. O, məşqlərə başlayıb.
Cekson bu həftəsonu meydanda ola biləcək. O, Premyer Liqada cari mövsüm 23 oyunda 9 qol vurub və 5 məhsuldar ötürmə edib.