Bu həftəsonu Türkiyə Super Liqasında oynanılacaq "Beşiktaş" - "Qalatasaray" matçı böyük diqqət mərkəzində olacaq.
Offsideplus.az xəbər verir ki, İngiltərə təmsilçisi "Vest Hem" bu qarşılaşmaya skautlarını göndərəcək. Bu barədə "Takvim" nəşri məlumat yayıb.
London klubu "Beşiktaş"dan Semih Kılıçsoyu və "Qalatasaray"dan Barış Alper Yılmazı izləyəcək. "Çəkicdöyənlər" bir ilə yaxındır hər iki oyunçunun performansını təqib edir.
Barışın adı daha öncə "Nottingem Forest"lə də birgə çəkilirdi.
"Beşiktaş" - "Qalatasaray" görüşü martın 29-u Bakı vaxtı ilə 21:30-da start götürəcək.