Rusiya Silahlı Qüvvələri dünən axşam Ukraynanın Xarkov şəhərinə növbəti dəfə zərbələr endiriblər.
Offsideplus.az xəbər verir ki, ölkənin ikinci ən böyük şəhərinə hücum zamanı çoxlu sayda "Şahed" pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilib.
Kamikadze dronlardan biri futbol meydançasının yanına düşüb. Həmin vaxt oynayan həvəskar futbolçular həyatlarını xilas etmək üçün qaçmağa başlayıblar. Bəzi oyunçular meydançanı tərk edə bimədiklərinə görə zərbədən qorunmaq məqsədilə özlərini yerə atıblar.
Xarkovda ən azı 12 partlayış səsi eşidildiyi bildirilir. Nəticədə 8 nəfərin yaralanması barədə məlumat yayılıb. Xəsarət alanlar arasında 12 yaşlı bir qız uşağı da var.