“Öz komandamı təbrik edirəm”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Sabah”ın Valdas Dambrauskas Misli Premyer Liqasının XXIII turunda "Qəbələ"yə qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib:
Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb: “Bu gün həqiqətən də uşaqlar meydanda yaxşı oyun göstərdilər. Rəqibimiz də çox keyfiyyətli və təhlükəli komandadıdır.
Bu gün meydanda yaxşı və üstün olan biz idik. Birinci hiasədə yaxşı oyun nümayiş etdirdik. İkinci hissədə də həmçinin oyun bizim nəzarətimizdə idi. Hər qarşılaşmadan sonra dediyim kimi bu oyunu unutmalıyıq.
Qarşıda bizi “İmişli” ilə oyun gözləyir”.
Qeyd edək ki, "Sabah" doğma meydanda "Qəbələ"ni 7:1 hesabı ilə məğlub edib.


