“Paris Sen-Jermen” klubunun prezidenti Nasser Al-Xelaifi hazırda Qətərin paytaxtı Dohada qalıb və bölgədəki müharibə səbəbindən ölkəni tərk edə bilmir.

Offsideplus.az xəbər verir ki, İran ətrafında yaranmış hərbi gərginlik səbəbindən uçuşlarda ciddi məhdudiyyətlər tətbiq olunub. Bu səbəbdən Al-Xelaifi artıq bir neçə gündür Dohadan ayrılmağa çalışsa da, hələlik buna nail olmayıb.

Yaranmış vəziyyət onun “Paris Sen-Jermen”in “Çelsi”yə qarşı keçirəcəyi oyunda iştirakını da sual altına salıb. Klub prezidentinin qarşılaşmaya qədər Parisə çata bilib-bilməyəcəyi isə hələlik qeyri-müəyyən olaraq qalır.