"Qarabağ"ın hücumçusu Kamilo Duran Kolumbiya milli komandasına dəvət alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Duran ilk dəfə Kolumbiya yığmasında çıxış etmək imkanı qazanıb.
Onun millisi martın 26-da Xorvatiya, 3 gün sonra isə Fransa yığması ilə yoxlama oyununda üz-üzə gələcək.


