“Danışacaq bir şey yoxdur”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Misli Premyer Liqasında XXIII turunda “Sabah”a qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:

“Bu gün katastrofik hadisə baş verdi

Belə hallarda məşqçi məsuliyyəti öz üzərinə götürür. Biz bu oyundan sonra səhvlərimiz üzərində analiz aparacağıq. Oyunun əvvəlində iki çox sadə səhvlərdən qol vuraxdıq. “Sabah” kimi komanda üçün əks-hücuma şərait yaratmamaq lazımdır.

Mənim karyeramda belə hesab olmamışdı. Deməli bunu da yaşamaq qismət imiş. Əlbəttə ki, məğlub olmaq olar, ancaq bugünki kimi mübarizə aparmadan məğlub olmaq faciədir”.

Qeyd edək ki, "Sabah" doğma meydanda "Qəbələ"ni 7:1 hesabı ilə məğlub edib.