La Liqa Prezidenti Xavier Tebas yeni mövsümdən etibarən ofsayd qərarlarının müəyyənləşdirilməsi ilə bağlı yeniliyin tətbiq olunacağını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, onun sözlərinə görə, topun içinə xüsusi çip yerləşdiriləcək və bu texnologiya zərbə anında oyunçunun ofsaydda olub-olmadığını dəqiq müəyyən edəcək.
“Gələn mövsümdən etibarən topun içinə çip yerləşdirəcəyik. Bu çip topa zərbə vurulan dəqiq anda oyunçunun ofsaydda olub-olmadığını müəyyən edəcək”, – deyə Tebas bildirib.

O, həmçinin qeyd edib ki, məqsəd qərarların video kadrların seçilməsindən asılı olmamasıdır.
“Biz bunun hansı kadrların istifadə olunmasından asılı olmasını istəmirik. Ofsaydın müəyyənləşdirilməsini tam avtomatik etmək istəyirik”, – deyə o əlavə edib.