Rusiyada doqquz futbol hakimi barəsində cinayət işi açılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə “RBK” məlumat yayıb. 

Məlumata görə, Daxili İşlər Nazirliyinin İstintaq Departamenti Premyer Liqa və Birinci liqa oyunlarının nəticələrinə təsir göstərmək müqabilində qanunsuz mükafat alma faktları ilə bağlı araşdırma aparır.

Təqsirləri sübuta yetirilərsə, onlar 7 ilədək azadlıqdan məhrum edilə bilərlər.