17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında mübarizəyə başlayıb.

Offsideplus.az xəbər verir ki, U-17 komandası birinci seçmə mərhələsində Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə görüşüb.

Nərgiz Qurbanovanın baş məşqçisi olduğu kollektiv Serbiyaya 0:10 hesabı ilə uduzub. Bununla serblər A liqasına vəsiqə əldə ediblər.