Uruqvay millisinin üzvü Manuel Uqarte dünya çempionatının seçmə mərhələsində komandasının Peruya məğlub olmasına münasibət bildirib.
Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, yarımmüdafiəçi bunları söyləyib:
"Hər kəs oynaya bilər və bunun üçün şərait var. Komandanın performansı aşağı düşüb. Düzünü desəm, özümü topla yaxşı hiss edirəm, amma müdafiəçi kimi bəzi məqamlar çatışmır".
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm PSJ-dən "Mançester Yunayted"ə keçid edib.