Bu gün Avropa çempionatında qrup mərhələsinin 2-ci turunun növbəti oyunları keçirilib. 

Offsideplus.az xəbər verir ki, 7-ci oyun günündə də 3 qarşılaşma baş tutub.

C qrupunda Sloveniya Serbiya ilə 1:1 hesablı, Danimarka isə İngiltərə ilə 1:1 hesablı heç-heçə edib.

Günün daha çox maraq doğuran qarşılaşması B qrupunda İspaniya və İtaliya yığmaları arasında baş tutub. İtalyanları 1:0 hesabla məğlub edən ispanlar 1/8 finala vəsiqəni təmin edib. 

AÇ-2024
20 iyun

C qrupu

17:00. Sloveniya – Serbiya 1:1
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Münhen. “Alyans Arena”.

20:00. Danimarka – İngiltərə 1:1
Baş hakim: Artur Soares Dias (Portuqaliya)
Frankfurt. “Valdstadion”.

B qrupu

23:00. İspaniya – İtaliya 1:0
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Gelzerkirxen. “Veltins Arena” stadionu.