"Oklahoma Siti Tander"in ulduzu Şey Qilces-Aleksandr ardıcıl ikinci mövsüm NBA-in "Ən Dəyərli Oyunçusu" (MVP) seçilib.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı kanadalı basketbolçu komandasını ardıcıl iki mövsüm liqanın liderliyinə daşıyıb. 

Cari mövsümdə 68 oyuna çıxan Gilces-Aleksander, karyerasının rekordunu (55.3% dəqiqlik) vuraraq ortalama 31.1 xal, 6.6 məhsuldar ötürmə və 4.3 ribaundla yaddan qalıb. O, həmçinin ardıcıl 140 oyunda minimum 20 xal toplayaraq əfsanəvi Uilt Çemberlenin rekordunu (126 oyun) geridə qoyub və Maykl Cordan, Kevin Dürant kimi ulduzları qabaqlayıb.

Qeyd edək ki, 2025-ci ilin iyulunda klubla 4 illik (285 milyon dollar) müqavilə imzalayan ulduz oyun qurucu ötən mövsüm də MVP seçilmiş və "Oklahoma"ya tarixinin ilk NBA çempionluğunu qazandırmışdı.