Eden Azar zədəsini sağaldıb. 

Offsideplus.az "Marca"ya istinadla xəbər verir ki, "Real"ın belçikalı futbolçusu bu gün səhərki məşqdə kollektivlə birgə hazırlıq keçib. Bu isə o deməkdir ki, meydana çıxmasında problem yoxdur. Yaxın günlərdə zədəsi ilə bağlı xoşagəlməz hal yaşanmasa, Çempionlar Liqasının 1/4 final mərhələsinin aprelin 6-da baş tutacaq "Liverpul"la görüşündə meydana çıxması mümkün olacaq. 

Qeyd edək ki, zədələrdən əziyyət çəkən Azar 14 oyuna çıxaraq 3 qol vurub. Əvəzində 21 matçı buraxıb.