"Leyptsiq"in 19 yaşlı vingeri Yan Diomande Bundesliqada 2025/2026 mövsümünün ən yaxşı gənc futbolçusu seçilib.
Offsideplus.az xəbər verir ki, o, bu uğurla ötən mövsüm sözügedən mükafatı qazanan Maykl Olisenin estafetini davam etdirib.
Qalib azarkeşlərin (40 faiz), klubların (30 faiz) və ekspertlərin (30 faiz) səsverməsi əsasında, hər ayın ən yaxşı gəncləri arasından müəyyənləşib.
Qeyd edək ki, Bundesliqada bu mükafata namizəd olmaq üçün futbolçunun mövsümün ilk turuna qədər 23 yaşından kiçik olması, əvvəlki mövsümlərdə heç vaxt start heyətində yer almaması və ümumilikdə 450 dəqiqədən çox meydanda qalmaması tələb olunur.


